00:00:00
Yazar
Admin User
18.02.2025 17:40 176 2 dəq oxuma
Dünya

ABŞ-dan kritik görüşmə ilə bağlı açıqlama: Tramp ölümləri dayandırmaq istəyir

ABŞ-dan kritik görüşmə ilə bağlı açıqlama: Tramp ölümləri dayandırmaq istəyir

ABŞ Dövlət Departamenti, Dövlət katibi Marko Rubio ilə rusiyalı həmkarı Sergey Lavrov arasındakı görüşdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün iki ölkə arasında məsləhətləşmə mexanizminin yaradılması barədə qərar qəbul edildiyini bildirib.

 

ABŞ Dövlət Departamentinin yazılı açıqlamasında, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Rubio-Lavrov görüşünün nəticələri dəyərləndirilib.

 

Açıqlamada qeyd olunub ki, Rubio və Lavrov, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığından sonra bir araya gəlib və iki ölkə arasında münasibətləri bərpa etmək məqsədilə nümayəndə heyətləri danışıqlara başlayıb.

 

“Prezident Tramp ölümləri dayandırmaq istəyir, ABŞ sülh istəyir və gücünü ölkələri bir araya gətirmək üçün istifadə edir” ifadəsinə yer verilən açıqlamada, tərəflərin aşağıdakı əsas məqamlarda razılığa gəldiyi bildirilib:

-İki ölkə arasında diplomatik missiyaların fəaliyyətini normallaşdırmaq üçün lazımi addımları atmaq məqsədilə ikitərəfli münasibətləri müzakirə edəcək məsləhətləşmə mexanizminin yaradılması.

-Ukraynadakı müharibəni daimi, dayanıqlı və bütün tərəflər üçün qəbul edilə bilən bir şəkildə mümkün olan ən qısa müddətdə bitirmək məqsədilə müvafiq yüksək səviyyəli qrupların təyin edilməsi.

-Ukraynada müharibənin sona çatdırılmasının gətirəcəyi ortaq geosiyasi maraqlar, tarixi iqtisadi və investisiya imkanları mövzusunda əməkdaşlıq üçün zəmin hazırlanması.

 

Açıqlamada, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana görüşə ev sahibliyi etdiyinə görə təşəkkür edilib və Rusiya ilə başlanan bu prosesin davam edəcəyi vurğulanıb.

 

Günel Verdiyeva

CNN

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər