ABŞ-dan Yaponiyaya modernizasiya çərçivəsində yeni döyüş təyyarələri
ABŞ hərbi modernizasiya çərçivəsində Yaponiyadakı bazalarına dəyəri 10 milyard dollardan çox olan onlarla yeni döyüş təyyarəsi göndərəcəyini açıqlayıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən edilən yazılı açıqlamada ABŞ-ın Yaponiyadakı bazalarındakı döyüş təyyarələrinin modernləşdirilməsi planı açıqlanıb.
Açıqlamada, yaxın bir neçə ildə həyata keçiriləcəyi bildirilən modernləşdirmə planının ABŞ-Yaponiya ittifaqını gücləndirmək, regional çəkindirmə qabiliyyətini artırmaq, dünyada sülh və sabitliyi gücləndirmək üçün 10 milyard dollardan çox investisiyanın nəzərdə tutulduğu paylaşılıb.
Modernləşmə çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinin “48 F-15C/D” tipli döyüş təyyarəsi yerinə “36 F-15EX” tipli döyüş təyyarəsi yerləşdirərək Okinava əyalətindəki Kadena Hava Bazasındakı varlığını artıracağı bildirilib.
Mənbə: Hürriyet
Zəhra Həsənova
