ABŞ-dən Çinin cavab qərarına ilk reaksiyası
ABŞ-nin Maliyyə Naziri Scott Bessent Çinin ABŞ-dən idxal olunan mallara rüsumları 84%-ə qaldırmaq qərarının Pekin üçün “itki” olacağını bildirib.
Bessent “Fox News”a Çinin Prezident Donald Trampın tariflərinə cavab vermək qərarı ilə bağlı danışıb.
Tramp administrasiyasının Çinlə danışıqlara ümid etdiyini deyən Bessent:
"Çin tərəfinin beynəlxalq ticarət sistemində ən pis cinayətkarlar olduğu üçün danışıqlara gəlmək istəməməsi təəssüf doğurur. Onlar müasir dünya tarixində ən balanssız iqtisadiyyata sahibdirlər" , - dedi.
Mən deyərdim ki, bu dırmaşma onlar üçün itkidir. ABŞ-nin Çinə ixracatının onlarınkından 5 dəfə çox olduğunu qeyd edən Bessent:
"Buna görə tariflərini artıra bilərlər” , - dedi.
Bessent, həmçinin ABŞ investorlarının səhmləri satın alması və Pekin hökumətinə töhfə verməsi səbəbindən Çin səhmlərini ABŞ birjalarından çıxarmağı düşünüb-götürməmələri ilə bağlı sualı cavablandırıb.
Mənbə: TRT Haber
Kəmalə Vəliyeva