ABŞ-dən "F-35"lə bağlı ŞOK PLAN - “Kızılelma” kimi...
Amerikanın “Lockheed Martin” müdafiə korporasiyası avtonom idarəetmə sistemi ilə təchiz ediləcək və tapşırıqları pilotsuz yerinə yetirmək imkanı verilən beşinci nəsil "F-35" qırıcısının yeni versiyasını yaratmaq niyyətindədir.
"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ceyms Taiklettə istinadla "Defense One" portalı məlumat yayıb.
Onun sözlərinə görə, yeni versiyanın uçuş sınaqları iki-üç ildən sonra başlaya bilər.
F-35 artıq bəzi pilotsuz texnologiya elementlərinə malikdir. Lockheed Martin şirkəti altıncı nəsil döyüş təyyarəsi üçün hazırladığı son texnologiyaları istifadə edərək tamamilə avtonom döyüş təyyarəsi versiyasını yaratmağı planlaşdırır.
Digər potensial təkmilləşdirmələrə təkmilləşdirilmiş gizli örtüklər, yenidən işlənmiş mühərrik burunları, xarici dizayn dəyişiklikləri və yeni elektron müharibə imkanları daxildir.
Xatırladaq ki, "Baykar" müdafiə sənayesi şirkətinin İdarə heyətinin sədri Selçuk Bayraktar iki il öncə bildirib ki, “Kızılelma” klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində istifadə edilə bilər:
"O, tam hazır olduqdan sonra bəzi göstəricilərinə görə F-35 qırıcı təyyarələrini üstələyəcək. “Kızılelma” pilotsuz uçuş aparatı F-35 qırıcısı kimi beşinci nəsil təyyarəsidir, lakin məsafədən idarə olunur".