00:00:00
Yazar
Admin User
29.05.2025 18:12 142 1 dəq oxuma
Dünya

ABŞ-dən İstanbul görüşü ilə bağlı

ABŞ-dən İstanbul görüşü ilə bağlı

ABŞ administrasiyası gələn həftə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

 

"Biz ümid edirik ki, Rusiya və Ukrayna gələn həftə İstanbulda birbaşa danışıqlara başlayacaq. Biz bu görüşün baş tutacağına inanırıq. Bu, prezidentin (ABŞ Prezidenti Donald Trampın) təşviq etdiyi və bu iki tərəfi görüşməyə və birbaşa danışıqlara çağırdığı görüşdür", - o qeyd edib.

 

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələri arasında növbəti İstanbul görüşü iyunun 2-də baş tutacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər