00:00:00
Yazar
Admin User
30.01.2026 18:19 47 1 dəq oxuma
Dünya

ABŞ-dən “nümayişçilərə zorakılıq tətbiq etmə” səbəbilə iranlı rəsmilərə sanksiya

ABŞ-dən “nümayişçilərə zorakılıq tətbiq etmə” səbəbilə iranlı rəsmilərə sanksiya

ABŞ administrasiyası “nümayişçilərə zorakılıq tətbiq etdikləri” səbəbilə aralarında Daxili İşlər naziri İskəndər Mumini də olmaqla bəzi iranlı rəsmiləri sanksiya siyahısına daxil edib.

 

ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyindən ayrı-ayrılıqda verilən yazılı açıqlamalarda, iranlı rəsmilərin ölkədəki nümayişçilərə qarşı hərəkətlərinin “qəbuledilməz” olduğu bildirilib.

 

Dövlət Departamentinin açıqlamasında, “Bu gün ABŞ, öz xalqına qarşı son zamanlarda tətbiq olunan amansız təzyiqlərə görə məsul olan iranlı rəsmilərə sanksiyalar tətbiq edir” ifadəsi yer alıb.

 

Maliyyə Nazirliyinin açıqlamasında isə, İran Daxili İşlər naziri Mumini də daxil olmaqla yüksək vəzifəli iranlı rəsmilərin və bəzi iş adamlarının sanksiya siyahısına əlavə olunduğu qeyd edilib.

 

Bundan əlavə, ABŞ-nin İran nümayişçilərinə dəstək verməyə davam edəcəyi ifadə olunub.

TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər