00:00:00
Yazar
Admin User
19.09.2025 17:24 101 2 dəq oxuma
Siyasət

ABŞ-dən Qəzza ilə bağlı veto

ABŞ-dən Qəzza ilə bağlı veto

ABŞ Qəzzada atəşkəs, girovların azad edilməsi və humanitar yardıma qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə yenidən veto qoyub.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnaməyə yenidən veto qoyması bölgədə sülh prosesini bir qədər də mürəkkəbləşdirir:

 

"Atəşkəs, girovların azad olunması və humanitar yardıma məhdudiyyətlərin aradan qaldırılması kimi bəndlərin rədd edilməsi tərəflər arasında etimadsızlığı dərinləşdirir və diplomatik təşəbbüsləri zəiflədir. Bu vəziyyət həm Fələstin tərəfinin, həm də bölgədəki digər oyunçuların ABŞ-nin vasitəçilik roluna inamını sarsıdır.

 

Böyük güclərin yekdil dəstəyi fonunda qətnamənin qəbul olunmaması beynəlxalq sistemdə parçalanma görüntüsü yaradır. Bu, BMT Təhlükəsizlik Şurasının effektivliyini sual altına salır və təşkilatın qlobal münaqişələrin həllində real təsir imkanlarının məhdud olduğunu bir daha göstərir. Nəticədə bölgədə gərginlik daha da dərinləşə bilər, yeni zorakılıq dalğaları baş qaldıra bilər".

 

Politoloq əlavə edib ki, ABŞ-nin bu vetosu onun beynəlxalq arenadakı mövqeyinə də təsirsiz ötüşməyəcək:

 

"Vaşinqton müttəfiqlərinin dəstəyi ilə hərəkət etsə də, geniş beynəlxalq ictimaiyyətin gözündə ABŞ birtərəfli və İsrailin mövqeyinə həddən artıq yaxın dayanan ölkə kimi görünür. Bu isə həm nüfuz itkisinə, həm də ABŞ-nin qlobal vasitəçi rolunun zəifləməsinə gətirib çıxara bilər. Belə bir imic Vaşinqtonun digər münaqişələrdə tərəfləri masa arxasına toplamaq imkanlarını da ciddi şəkildə azalda bilər".

 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər