00:00:00
Yazar
Nərmin Həşimova
14.10.2026 20:32 44 1 dəq oxuma
Siyasət

ABŞ Dövlət Katibi Marko Rubio Özbəkistanda keçiriləcək nazirlər görüşündə iştirak edəcək

ABŞ Dövlət Katibi Marko Rubio Özbəkistanda keçiriləcək nazirlər görüşündə iştirak edəcək

ABŞ Dövlət katibi Marko Rubio oktyabrın 17-22-də Özbəkistan və Hindistana rəsmi səfər edəcək. Regionlararası əməkdaşlıq və diplomatik əlaqələrin müzakirə olunacağı səfərdə ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi hədəflənir.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əziz Əlibəyli qeyd edib ki,Birləşmiş Ştatlar dünya ölkələrindəki güc mərkəzləri ilə bağlı müxtəlif əməkdaşlıq formatları həyata keçirir:


"Bu, əslində yeni dünyanın spesifikasıdır, çünki qlobal sistemdə bir ölkənin dominantlığı yoxdur artıq. Deyək ki, Çin, Amerika var, bu mənada müxtəlif ölkələri vahid bir mərkəzə tabe etmək mümkün deyil. Amma indiki məqamda güc mərkəzləri üzrə çalışırlar ki, Amerika ilə əməkdaşlığı orta hesaba gətirsinlər. Nəticədə bizim burada rastlaşdığımız reallıq nədir? Keçmiş Sovet respublikaları kimi onların birgə bir formatını vahid şəkildə Amerika ilə əməkdaşlığa tətbiq etmək,həm onları gələcəkdə ola biləcək mümkün Çinə, mümkün İrana və mümkün Rusiyaya qarşı təhdidlərdə bəlkə hansısa formada istifadə etməkdir. Yəni,nəticə budur,amma təbii ki,o nəticəyə gətirib çıxardacaq ciddi investisiyaların qoyulması var.O investisiyalarda nə dayanır?Əvvəlcədən həmin o formatları böyük ölçüdə iqtisadi baxımdan gücləndirmək hansısa nəqliyyat xətləri qurmaq,beləliklə də onları məqsəd ətrafında sıx səfərbər etməkdir".


Səkinə Musayeva

#baki #abş #marko #özbəkistanda #görüşündə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər