00:00:00
Yazar
Admin User
20.09.2023 14:23 355 3 dəq oxuma
Dünya

ABŞ-ERMƏNİSTAN BİRGƏ HƏRBİ TƏLİMLƏRİ NƏ VƏD EDİR?

ABŞ-ERMƏNİSTAN BİRGƏ HƏRBİ TƏLİMLƏRİ NƏ VƏD EDİR?

   ABŞ-Ermənistan birgə hərbi təlimləri sabah yekunlaşacaq, təlimlər çərçivəsində çıxan iddialarsa bitmək bilmir. Son hadisələr fonunda indi də əsas diqqət mərkəzi BŞ-nin Ermənistanda olan diplomatik nümayəndəliyidir. İddialara görə, Vaşinqtonun ikinci ən böyük səfirliyi olan bu diplomatik təmsilçilik ərazisində BŞ-ın hərbi-texniki kəşfiyyat briqadası yerləşdirilib.

   Son günlər istər Rusiya, istərsə də Ermənistan mediasının əsas diqqət mərkəzi məhz İrəvanda olan Amerika səfirliyidir. O səfirlik ki, 6 hektar ərazi ilə BŞ-nin Bağdaddan sonra ikinci ən böyük diplomatik nümayəndəliyidir. Əsas diqqət çəkən isə heç də səfirliyin əhatə etdiyi hektarlıq ərazi deyil, binada fəaliyyət göstərən işçi sayıdır. Rəsmi məlumatlara görə, işçilərin sayı 2 mindən artıqdır. Lakin hazırda səsləndirilən bəzi iddialarda bu rəqəmin 5 min olduğu deyilir. Mövzunu şərh edən rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsovun diplomatik nümayəndəliklə bağlı iddiaları isə xüsusi rezonans doğurur. Onun sözlərinə görə, rəsmi Vaşinqton diplomatik pərdə altında ordusunun Bastion sisteminə xidmət edən hərbi-texniki kəşfiyyat briqadasını İrəvana  yerləşdirib. Hökumətlərarası razılaşma əsasında  dəniz piyadaları briqadası da ölkəyə gətirilib. Rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsovun sözlərinə görə, BŞ səfirlik ərazisində diplomatik pərdə altında ABŞ ordusunun Bastion sisteminə xidmət edən hərbi-texniki kəşfiyyat briqadası və hökumətlərarası razılaşma əsasında Ermənistanda yerləşdirilən Rusiya hərbçilərinə qarşı mübarizə aparacaq dəniz piyadaları briqadası var. "ABŞ-nin ümumilikdə Qərbi Asiya regionunda, xüsusən də Cənubi Qafqazda təsirini yaymağına məhz Ermənistan vasitəçi olub. Bu gün rəsmi İrəvan siyasi baxımdan Vaşinqtona mümkün qədər yaxındır, demək olar ki, bir vaxtlar Kremlə yaxın olduğu kimi".

   Mövzuya münasibət bildirən yerli ekspertlər də, sözügedən iddialarda haqlılıq payının ola biləcəyi fikrindədirlər.  Siyasi şərhçi Yeganə Hacıyeva deyir ki, İrəvan siyasi rəhbərliyinin nəzərlərinin Ağ Evə yönəldiyi bir vaxtda Ermənistanın bu cür addımlar atması olduqca real görünür. "Son dövrlər rəsmi İrəvanın Vaşinqtona artan meyli, eləcə də birgə hərbi təlimlər bunun bariz nümunəsidir. Bir sözlə, Ermənistan ABŞ-nin Cənubi Qafqazda forpostuna çevrilir. Paşinyan hakimiyyətini öz siyasi planlarında maşa kimi istifadə edən Ağ Ev  Ermənistan vasitəsi ilə Cənubi Qafqaz regionuna ayaq açır". 

    Mütəxəssislər Paşinyanın artan anti-Rusiya çıxışlarında elə bu kimi pərdəarxası məkirli planlara güvəndiyini deyirlər. Bölgədə Qərb ilə Rusiya arasında üstünlük qazanmaq istiqamətində gedən yarışda Ermənistan əsas alət rolunda çıxış etməyi seçir. Elə son dövrlərdə Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsinin hökm sürməsi də məhz bu amala xidmət edir. Lakin İrəvanın bu siyasi gedişi ölkədə  gərgin stuasiya yaradır. Qərb dairələrinin əlinə baxanlar və digər qruplaşmalar arasında gərgin mübarizə gedir. Rusiya ilə açıq qarşıdurmanı seçən  Paşinyan hakimiyyəti isə bu qarşıdurmadan qalib çıxmaya bilər. Səbəb isə Kremlin rəsmi və qeyri-rəsmi ruporlarından istifadə edərək Paşinyanın istefası məsələsini daim gündəmdə saxlamasıdır.

İSMAYIL

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər