00:00:00
Yazar
Güllər Gülhüseynova
20.04.2026 09:13 16 1 dəq oxuma
Dünya

ABŞ Fars körfəzindəki vəziyyətin həllinə ciddi yanaşmır- Əraqçi

ABŞ Fars körfəzindəki vəziyyətin həllinə ciddi yanaşmır- Əraqçi

Amerika qüvvələrinin İran gəmilərinə qarşı təhdidləri və Vaşinqtonun Tehrana qarşı məntiqsiz tələbləri ABŞ-nin Fars körfəzindəki vəziyyətin həllinə münasibətinin ciddi olmamasını təsdiqləyir.


"İnformator.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın XİN başçısı Məhəmməd İshaq Darla telefon danışığında bildirib.

 

"İran limanlarına və gəmilərinə qarşı təhdidlər, eləcə də Vaşinqtonun məntiqsiz tələbləri ABŞ-nin regiondakı vəziyyətin həllinə münasibətinin ciddi olmamasını nümayiş etdirir", - o deyib.

 

İran xarici işlər naziri ölkəsinin maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini vurğulayıb. O, həmçinin bölgədə sülhü və təhlükəsizliyi qorumaq üçün məsləhətləşmələrin davam etdiriləcəyini təsdiqləyib.

#yanaşmır- #vəziyyətin #abş #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər