00:00:00
Yazar
Admin User
08.12.2025 16:43 94 2 dəq oxuma
Siyasət

ABŞ generalı Makkininin Azərbaycana səfərinin müdafiə və təhlükəsizlik əməkdaşlığına təsiri

ABŞ generalı Makkininin Azərbaycana səfərinin müdafiə və təhlükəsizlik əməkdaşlığına təsiri

ABŞ-nin yüksək rütbəli hərbi rəsmilərindən olan general Makkininin Azərbaycana səfəri ölkələr arasında müdafiə və təhlükəsizlik əməkdaşlığının güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, son vaxtlar ABŞ-nin hökumətini və hərbi dairələrini təmsil edən şəxslərin Azərbaycana səfərləri həyata keçirilir:

 

"Bu səfərlər çərçivəsində müxtəlif danışıqlar aparılır və bu, Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. 8 avqust tarixində ABŞ ilə imzalanmış sazişlərdən sonra münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu yeni mərhələdə hərbi sahədə əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq barədə sənədin imzalanması ehtimalı var. Hazırda bu sənədin hazırlanması prosesi gedir və bu, Azərbaycan ilə ABŞ-nindaha yaxın əməkdaşlıq etmək niyyətində olduğunu göstərir. Cənubi Qafqazda baş verən proseslər də ABŞ və Azərbaycanın ortaq maraqlarına uyğundur. Xüsusilə, Zəngəzur dəhlizinin açılması hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır. Bu layihə reallaşdıqdan sonra ABŞ ilə münasibətlər daha yüksək səviyyəyə qalxa, gələcəkdə isə tam əməkdaşlıq və müttəfiqlik istiqamətinə doğru inkişaf edə bilər”.

 

Xalidbəyli qeyd edib ki, general Makkininin səfəri həm hərbi texnologiya və təlim sahəsində, həm də təhlükəsizlik məsələlərində iki ölkənin koordinasiyasını gücləndirir:

 

“Səfər çərçivəsində tərəflər hərbi təlimlərin genişləndirilməsi, kəşfiyyat məlumatlarının paylaşılması və regional təhlükəsizliyin təmin edilməsi imkanlarını müzakirə edirlər. Bu da Azərbaycan və ABŞ arasında strateji əməkdaşlığın daha möhkəm təməllər üzərində qurulmasına şərait yaradır. Nəticədə, ABŞ generalının Azərbaycana səfəri iki ölkə arasında müdafiə və təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi, Cənubi Qafqazda stabilliyin gücləndirilməsi və gələcəkdə regional tərəfdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm addım hesab olunur”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər