ABŞ-ı təşvişə salan sirli dronların sirri açılmaqdadır!
Ötən il ABŞ-da müzakirələrə səbəb olan “sirli” dronlarla bağlı yeni bir inkişaf baş verib. Ağ Ev, pilotsuz təyyarələrin əksəriyyətinin Federal Aviasiya Administrasiyasının (FAA) səlahiyyətləri altında uçmaq üçün təyin edildiyini açıqladı.
Ağ Evin sözçüsü Karoline Leavitt 2024-cü ilin son aylarında başda Nyu Cersi və Nyu York olmaqla şimal-şərq əyalətlərində görülən "sirli" pilotsuz təyyarələrlə bağlı inkişafları çatdırıb. FAA-nın araşdırma səbəbiylə Nyu Cersidə görülən dronlara uçuş icazəsi verdiyini ifadə edən Leavitt, "maraq" səbəbiylə məsələnin daha da böyüdüyünü ifadə edib. Digər ölkələrin pilotsuz uçuş aparatları ilə uçması ehtimalı ilə bağlı Leavitt, "Bu, düşmən (hadisə) deyildi",-deyib.
Mənbə: CNN Türk
Kəmalə Vəliyeva