00:00:00
Yazar
Admin User
08.01.2026 16:23 159 2 dəq oxuma
Siyasət

ABŞ ictimaiyyəti hərbi ssenariyə hazırlanıb

ABŞ ictimaiyyəti hərbi ssenariyə hazırlanıb

ABŞ siyasətində formalaşmış praktikaya görə, Ağ Ev ciddi və riskli siyasi addımlardan əvvəl həm daxili, həm də beynəlxalq ictimai rəyi mərhələli şəkildə buna hazırlayır. 

 

Mövzu ilə bağlı 'İnformator.az"a açıqlamasında sabiq millət vəkili Yusif Bağırzadə bildirib ki, ABŞ-nin bu bəyanatı, xüsusən senator Qrimmin açıqlaması ciddi ritorikadır:

 

"Bu həm psixoloji baxımdan İran hakimiyyətinə təsir göstərir, həm də İrana hərbi müdaxilənin mümkünlüyünü ortaya qoyur. İran həm İsrail, həm ABŞ, həm də digər dövlətlər üçün təhlükə mənbəyidir. Senator Qrimmin dediyi kimi, bu təhlükəni aradan qaldırmaq üçün ABŞ-nin hərbi gücü hazırdır. Hazırda isə böyük ehtimalla İranın hərbi istihkamları və rəhbərliyi üzərində tədbirlər görüləcəkdir. Bu fonada İranda aksiyalar davam edir; 2009-cu ildən bəri ən güclü qarşıdurmalardan biri müşahidə olunur. Aksiyalar əsasən iqtisadi fonla bağlı olsa da, İran iqtisadiyyatı və rialın məzənnəsi bu prosesə təsir göstərir. İslam Keşikçiləri Korpusu hələ də ölkədə söz sahibidir, amma qarşıdurmalar davam edəcək və ABŞ-nin müdaxiləsi qaçılmaz görünür. Bu hadisələrin regiona, xüsusən Türkiyə, Azərbaycan və digər qonşu dövlətlərə təsiri böyük olacaq".

 

Həmçinin müsahib qeyd edib ki, İran rejiminin dağıdılması gündəmdə deyil, amma devrilməsi mümkündür:

 

"Rejimin taleyi acınacaqlı ola bilər; əgər Pezeşkiyan hakimiyyəti kütləni idarə edə bilsə, İran bütöv qala bilər. Rejim dəyişdikdən sonra İranın bölünməsi, federasiya və ya ayrı-ayrı dövlətlər formalaşması gündəmə gələ bilər. Rza Pəhləvi isə İsrailin layihəsidir, amma Ağ Ev onun hakimiyyətini dəstəkləmir və yeni, ABŞ ilə münasibət qura biləcək sima axtarır. İranın böyük iqtisadiyyatı ABŞ-nin diqqətini cəlb edir və region dövlətləri üçün bu hadisələr diqqətlə izlənməlidir, çünki həm Türkiyə, həm Azərbaycan, həm də ərəb dövlətlərinə təsiri böyük olacaqdır".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər