00:00:00
Yazar
Admin User
20.11.2025 18:04 208 2 dəq oxuma
Siyasət

ABŞ ilə Ukrayna müharibəsinə dair məsləhətləşmələr aparılmır

ABŞ ilə Ukrayna müharibəsinə dair məsləhətləşmələr aparılmır

 

Kreml Rusiya və ABŞ-nin Ukrayna müharibəsi ilə bağlı dialoqu barədə Ankoricdə deyilənlərə yeni heç nə əlavə edə bilməz. O dəqiqləşdirib ki, Moskva və Vaşinqton arasında bu məsələ ilə bağlı məsləhətləşmələr aparılmır, lakin əlaqələr davam edir. D.Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Kiyevdə səfərdə olmuş ABŞ ordusunun nümayəndələri ilə görüşü planlaşdırılmır.

 

Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, sülhün əldə olunması üçün əlverişli zəmin formalaşmayıb:

 

"Rus və Ukrayna arasında aparılan məsləhətləşmələr bir daha göstərir ki, iki ölkə arasında sülhün əldə olunması üçün bu cür danışıqlar qısamüddətli və səmərəli nəticələrə gətirib çıxara bilməyəcək. Əgər nəzərə alsaq ki, Ukrayna Prezidentinin qardaş Türkiyəyə səfəri zamanı çox ciddi təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılırdı, lakin ABŞ Prezidentinin xüsusi nümayəndəsi əvvəlcədən nəzərdə tutulmuş görüşə gəlmədi, o zaman bayaq səsləndirdiyimiz fikri bir daha təsdiq etmiş olarıq. Görünür, hələ sülhün əldə olunması üçün əlverişli zəmin formalaşmayıb. Elə Rusiya rəsmiləri də bunu tez-tez təkrar edirlər. ABŞ-nin təqdim etdiyi sülh layihəsinin mətninə gəldikdə isə aydın olur ki, bu, Ukrayna üçün əsla əlverişli bir mətn deyil. Bu, siyasi və ya strateji anlaşmadan çox, ticari bir layihəyə bənzəyir".

 

Ekspertin sözlərinə görə, diplomatiyanın görəcəyi çox iş var:

 

"Torpaqların əvəzində müəyyən ödənişlərin nəzərdə tutulması, beynəlxalq hüququn və ərazi bütövlüyü prinsiplərinin pozulması, suveren dövlətin hüquqlarının məhdudlaşdırılması, Ukrayna ordusunun sayının azaldılması kimi çox ağır şərtlər mövcuddur ki, bu da əslində Ukrayna dövlətinin mövcudluğunu təhdid edən bir layihə təsiri bağışlayır. Ona görə də mənə elə gəlir ki, məsələyə bu qədər dərin prizmadan baxanda ABŞ, Rusiya və Ukrayna arasında aparılan diplomatik məsləhətləşmələrdən görünəcək ki, danışıqlar məhz bu mətn üzərində gedir. Bunun isə hər hansı nəticə verəcəyini düşünmək, məncə, doğru olmazdı. Görünür, hələ diplomatiyanın görəcəyi çox iş var. Amma diplomatiyadan əvvəl bilirik ki, müharibə bitməlidir. Çünki silahların danışdığı bir vaxtda diplomatiya danışa bilmir".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər