00:00:00
Yazar
Admin User
18.12.2024 13:27 313 1 dəq oxuma
Dünya

“ABŞ-ın Vasitəçiliyi ilə Suriya Şimalında Atəşkəs Uzadıldı"

“ABŞ-ın Vasitəçiliyi ilə Suriya Şimalında Atəşkəs Uzadıldı"

ABŞ Dövlət Departamenti Suriyanın şimalında Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SNA) ilə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunan atəşkəsin həftənin sonuna qədər uzadıldığını açıqlayıb.

 

Dövlət Departamentinin sözçüsü Metyu Miller dekabrın 17-də bildirib ki, ABŞ Türkiyəyönlü döyüşçülərlə Suriya kürdləri arasında atəşkəsin uzadılmasında vasitəçilik edib və Ankara ilə daha geniş anlaşmaya can atıb.

 

Mətbuat konfransında danışan Miller, "Müddəti bitmiş Mənbic atəşkəsi həftə sonuna qədər uzadıldı və açığı, atəşkəsin mümkün olduğu qədər gələcəyə də uzadıldığını görməyə çalışacağıq",-dedi.

 

SNA Mənbici ələ keçirdikdən sonra dekabrın 9-da ABŞ və Türkiyə arasında SDQ-nin şəhərdən təhlükəsiz şəkildə çıxarılması ilə bağlı razılıq əldə edildiyi bildirilib.

 

mənbə: BBC Türkiyə

Nəzrin İsmayılova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər