00:00:00
Yazar
Elmira Ağayeva
22.06.2026 15:32 23 1 dəq oxuma
Siyasət

ABŞ-İran danışıqları ilə bağlı İsveçrənin Bürgenştok kurortunda nələr baş verdi?

ABŞ-İran danışıqları ilə bağlı İsveçrənin Bürgenştok kurortunda nələr baş verdi?

 

İsveçrənin Bürgenştok kurortunda keçirilən danışıqlarda tərəflər Hörmüz boğazından keçən gəmilərin təhlükəsiz hərəkətini təmin edəcək mexanizmin yaradılması barədə razılığa gəliblər. Bu barədə İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

 

Bəqainin sözlərinə görə, İran nümayəndə heyəti İsveçrədə keçirilən danışıqların bu mərhələsi üzrə işini başa çatdırıb. Bununla yanaşı, hər iki tərəfin texniki qrupları iyunun 22-də məsləhətləşmələri davam etdirəcəklər.

 

Tərəflər yekun saziş üzərində iş aparılması məsələsini müzakirə edib və imzalanmış Anlaşma Memorandumuna əməl olunması ilə bağlı mövzular üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

 

Bəqai bildirib ki, Bürgenştokda keçirilən ABŞ-İran danışıqlarının vasitəçiləri 18 saat davam edən görüşlərin nəticəsi olaraq əldə edilmiş razılaşmaların mətnini ictimaiyyətə təqdim edəcəklər.

Tərəflər həmçinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edəcək xüsusi mexanizmin yaradılması barədə razılığa gəliblər.

 

Bəqai vurğulayıb ki, Tehran yekun saziş üzərində işləməyə başlamazdan əvvəl bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını vacib şərt hesab edir.

 


TASS
Nuray Əliyeva

#ABŞ #İran #saziş #İsveçrə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər