ABŞ-İran danışıqları ləğv edildi?
İyunun 19-da İsveçrənin Bürgenştok kurortunda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayacaq.
İsveçrə Federal Xarici İşlər Departamentinin sözçüsü Nikolas Bido bildirib ki, ölkəsi tərəflər arasında dialoqun təşviqi istiqamətində səylərini davam etdirəcək.
Görüşün ləğv edilməsinin səbəbi açıqlanmayıb. Həmçinin danışıqların yeni tarixinin müəyyən olunub-olunmadığı barədə məlumat verilməyib.
Məlumatlara görə, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İranın Livanla bağlı irəli sürdüyü tələblər səbəbindən memorandumun imzalanması üçün İsveçrəyə planlaşdırılan səfərini təxirə sala bilər.
TASS
Nuray Əliyeva