00:00:00
Yazar
Admin User
10.06.2025 13:46 170 1 dəq oxuma
Dünya

ABŞ-İran danışıqlarının 6-cı raundu iyunun 15-də keçiriləcək

ABŞ-İran danışıqlarının 6-cı raundu iyunun 15-də keçiriləcək

ABŞ və İran arasında nüvə danışıqları ilə bağlı gərginlik davam edərkən, nümayəndə heyətlərinin 6-cı raund danışıqlarının tarixi açıqlanıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, danışıqlar iyunun 15-də Omanın paytaxtı Maskatda keçiriləcək.


ABŞ və İran arasında davam edən dolayı danışıqlar prosesinin 6-cı iclasının tarixi dəyişdirilib. İyunun 12-də keçirilməsi gözlənilən danışıqların iyunun 15-də keçiriləcəyi bildirilib.İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi mövzu ilə bağlı açıqlama verərək, "İran-ABŞ dolayı danışıqların növbəti raundunun gələn bazar günü Maskatda keçirilməsi planlaşdırılır" deyib.

 

İran və ABŞ danışıqları


İran və ABŞ arasında davam edən nüvə danışıqları prosesində tərəflər indiyədək Maskat və Romada 5 raund danışıqlar aparıb. Tehranın uranın zənginləşdirilməsi məsələsi iki ölkə arasında əsas fikir ayrılığına səbəb olmaqda davam edir.


İran nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların götürülməsini istəyir ki, bu da onun atom bombası istehsalının qarşısını alsın.


ABŞ İrana uranın zənginləşdirilməsi fəaliyyətlərini tamamilə dayandırmağı da əhatə edən razılaşma təklif edib. İran “qırmızı xətlərini” keçən bu təklifi qəbul etməyəcəyini və ABŞ-ə öz təklifini ehtiva edən cavab hazırladığını bildirib.


Mənbə: TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər