00:00:00
Yazar
Elmira Ağayeva
24.06.2026 20:24 20 1 dəq oxuma
Siyasət

ABŞ-İran münasibətlərinin normallaşması regiona necə təsir edəcək?

ABŞ-İran münasibətlərinin normallaşması regiona necə təsir edəcək?

ABŞ-İran memorandumunda raket proqramı ilə bağlı heç bir müddəa yoxdur”.
Bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.



Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Şahbaz Şərifin açıqlaması ABŞ-İran memorandumunun əsas diqqət mərkəzində İranın nüvə proqramı, regional təhlükəsizlik və münasibətlərin normallaşdırılması məsələləri dayandığını göstərir:

 

“Raket proqramının sənədə daxil edilməməsi tərəflərin ilk mərhələdə daha mürəkkəb və həssas məsələləri kənarda saxlayaraq razılaşma əldə etməyə çalışdıqlarını göstərir. Bu vəziyyət İsrail və bəzi Körfəz ölkələrində müəyyən narahatlıq yarada bilər. Çünki həmin ölkələr İranın raket imkanlarını da regional təhlükəsizlik üçün ciddi risk hesab edirlər. Bununla belə, ümumilikdə ABŞ-İran münasibətlərində gərginliyin azalması Yaxın Şərqdə sabitliyə müsbət təsir göstərə bilər. Azərbaycan üçün əsas nəticə regionda təhlükəsizlik risklərinin azalması, nəqliyyat və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsidir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın dəyişən geosiyasi şəraitdə milli maraqlarını qorumasına və regional əməkdaşlıq imkanlarından maksimum faydalanmasına şərait yaradır. Bu baxımdan ABŞ-İran münasibətlərində mümkün normallaşma Azərbaycanın təşviq etdiyi sabitlik və əməkdaşlıq mühitinə uyğun inkişaf kimi qiymətləndirilə bilər”.

 

Nuray Əliyeva

#ABŞ #İran #memorandum
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər