ABŞ İran tankerini ələ keçirib
ABŞ Hərbi Dəniz Qüvvələri İranın kölgə donanmasına məxsus “M/V Sevan” tankerini ələ keçirib.
"İnformator.az" xəbər verir ki, bu barədə CENTCOM-dan məlumat verilib.
“Tanker İranın neft və qaz məhsullarını daşıdığına görə ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altında idi. Tanker daha sonra ABŞ-nin hərbi müşayiəti altında İrana geri göndərilib”, - məlumatda qeyd olunub.