00:00:00
Yazar
Admin User
15.05.2025 17:05 165 1 dəq oxuma
Siyasət

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

 

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirlik sanksiya siyahısına Çin də daxil olmaqla 10 şirkəti əlavə edib. Qeyd olunub ki, məhdudiyyətlər dörd Çin və bir İran vətəndaşına, həmçinin bu ölkələrin 10 hüquqi şəxsinə qarşı tətbiq edilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elman Vəliyev bildirib ki, Amerikanın sanksiyaları tətbiq etməsinin əsas səbəbi İran tərəfinin ABŞ-nin istəklərini yerinə yetirməməsidir. ABŞ Prezidenti Tramp və İran Prezidenti Pezeşkiyan görüşəcəkdilər, amma bu baş tutmayıb:

 

"Amerikanın beynəlxalq hüquq çərçivəsində bu sanksiyaları etməsi üçün onun haqqı var. Çünki kimyəvi silahlardan istifadə edilmə prosesi var. Buna qalsa, əslində bir çox ölkədə kimyəvi silahlardan istifadə edilir. Onlara qarşı sanksiyaların tətbiq edilməməsi bir növ haqsızlıqdır".

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər