00:00:00
Yazar
Güllər Gülhüseynova
01.04.2026 08:58 16 1 dəq oxuma
Dünya

ABŞ İrandakı hərbi əməliyyatının sonuna yaxınlaşır- Rubio

ABŞ İrandakı hərbi əməliyyatının sonuna yaxınlaşır- Rubio

ABŞ Dövlət katibi Marko Rubio İrana qarşı hərbi əməliyyatın uğurla irəlilədiyini bildirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə o, "Fox News"a müsahibəsində danışıb.

 

Onun sözlərinə görə, qarşıya qoyulan tapşırıqlar vaxtında və ya nəzərdə tutulmuş plandan əvvəl yerinə yetirilir, missiyanın başa çatması isə artıq uzaqda deyil.

 

"Bu nə bu gün, nə də sabah olacaq, lakin bu, mütləq baş verəcək", - Rubio əməliyyatın sonu ilə bağlı suala cavab verərkən bildirib.

 

Amerika xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar İranın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini əhəmiyyətli dərəcədə məhv edib. Bundan əlavə, onun qiymətləndirməsinə görə, əməliyyat raket komplekslərinin "əhəmiyyətli" hissəsinin, eləcə də ölkə ərazisindəki raket silahları və pilotsuz uçuş aparatları istehsal edən müəssisələrin ləğvi mərhələsindədir.

 

"Biz silahlı qüvvələrimizin bu missiyanın qarşıya qoyulmuş bütün məqsədlərinə çatacağı həddə yaxınlaşırıq və onlar bunun öhdəsindən müstəsna səmərəliliklə gəlirlər", - Dövlət Departamentinin rəhbəri qeyd edib.

 

Rubio həmçinin müəyyən mərhələdə İran rəhbərliyinin nümayəndələri ilə birbaşa danışıqların aparılması mümkünlüyünü də istisna etməyib.

#rubio #abş #baki #əməliyyatının
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər