00:00:00
Yazar
Güllər Gülhüseynova
06.03.2026 08:58 12 1 dəq oxuma
Dünya

ABŞ İranın aviadaşıyıcı gəmisinə zərbə endirib

ABŞ İranın aviadaşıyıcı gəmisinə zərbə endirib

Amerika qoşunları İranın pilotsuz uçuş aparatlarını daşıyan gəmisinə zərbə endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

 

CENTCOM tərəfindən paylaşılan videoda sursatın İranın nəhəng gəmisinə dəyməsi və onun üzərindən qatı tüstünün yüksəlməsi görünür.

 

Komandanlığın məlumatına görə, ölçülərinə görə İkinci Dünya müharibəsi dövrünün aviadaşıyıcılarını xatırladan PUA daşıyan gəmi "hazırda yanır".

 

Məlumatda zərbənin məhz harada endirildiyi dəqiqləşdirilməyib.

#endirib #baki #abş #gündəm #aviadaşıyıcı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər