ABŞ İsrailə 20 milyard dollarlıq silah satışına icazə verib
ABŞ Qəzzada qırğını davam etdirən İsrailə 20 milyard dollardan çox silah və sursat satışına icazə verib. Döyüş təyyarələri ilə yanaşı, 5 ayrı paketdə hava-hava raketləri, tank və artilleriya sursatları və taktiki maşınlar var.
ABŞ Müdafiə Nazirliyi, ABŞ dövlət katibi Antoni Blinkenin döyüş təyyarələri də daxil olmaqla 20 milyard dollarlıq silah satışına icazə verdiyini açıqlayıb.
MÜHARİBƏ TƏYYƏYƏRLƏRİ, RAKETLƏR, TANKLAR VƏ TOP SURSATLARI
Beş ayrı paketə döyüş təyyarələri, hava-hava raketləri, tank və artilleriya sursatları və taktiki maşınlar daxil idi. Ümumi dəyəri 18,9 milyard dollar olan 50 F-15IA və 25 F-15I döyüş təyyarəsi və onlara aid döyüş sursatları bütün satışın ən böyük hissəsini təşkil edib.
Digər tərəfdən, 30 orta mənzilli hava-hava raket sistemi (AMRAAM) və 32 mindən çox tank mərmisi və digər əlaqəli avadanlıqlar da digər paketlərə daxil edilib. Bundan əlavə, 50 mindən çox artilleriya mərmisi və müvafiq avadanlığın satışı da ayrıca paket kimi təsdiq edilib.
PAKETİN ÜMUMİ DƏYƏRİ 20,3 MİLYARD DOLLARDIR
Ümumi satış dəyəri 20,3 milyard dollar olan paket Qəzzada atəşkəs prosesinin qeyri-müəyyən qaldığı və bölgədə gərginliyin artdığı bir vaxtda təsdiqlənib. ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi təsdiq bildirişində, silah satışının qarşısını alacaq bir addımın gəlməsi gözlənilmir, bu silah satışının “İsrailin hazırkı və gələcək düşmən təhdidlərinə qarşı durma qabiliyyətini artıracağı” ifadə edilir. "
Mənbə: Haberler
Aslanova Fatimə
