ABŞ-İsrail zərbələri zamanı İranda məktəblər, xəstəxanalar və tarixi obyektlər də zərər görüb
ABŞ və İsrailin İrana qarşı şənbə günü başladığı zərbələrdən sonra məktəblər, bir xəstəxana və tarixi abidələr ciddi şəkildə zərər görüb. Peyk görüntüləri və təsdiqlənmiş videolar mülki itkilərin sayının artdığını göstərir.
ABŞ-də yerləşən Human Rights Activists News Agency (HRANA) təşkilatının məlumatına görə, 194-ü uşaq olmaqla ümumilikdə 1168 mülki şəxs həyatını itirib.
Hakimiyyət vasitəsi ilə tətbiq olunan demək olar ki, tam internet kəsintisi səbəbindən İran daxilində insanlarla əlaqə saxlamaq çox çətinləşib və video görüntülərə çıxış da məhdudlaşıb.
BBC News
Gövhr Mehyəddinova