00:00:00
Yazar
Admin User
20.05.2024 18:59 330 1 dəq oxuma
Dünya

ABŞ İsraili beynəlxalq hüquqa riayət etməyə çağırmaqdan imtina edir

ABŞ İsraili beynəlxalq hüquqa riayət etməyə çağırmaqdan imtina edir

ABŞ İsraili Qəzza zolağında beynəlxalq qanunlara əməl etməyə çağıran Qərb təşəbbüsünə qoşulmaqdan imtina edib.  

Bu barədə Reuters xəbər verir.

 

 “Bir sıra Qərb ölkələri İsrail hökumətinə məktub göndərərək Təl-Əvivi Qəzza zolağında beynəlxalq qanunlara hörmət etməyə çağırıblar (...) Məktubu imzalayan ölkələr arasında ABŞ olmayıb”.  

 

Sənədin məzmunundan belə çıxır ki, Qərb ölkələri “Rəfəhdə tammiqyaslı hərbi əməliyyatı” dəstəkləmir. Onlar İsrailin humanitar yardımının bütün müvafiq keçid məntəqələrini, o cümlədən Rəfahdakı keçid məntəqələri vasitəsilə “maneəsiz çatdırılmasını təmin etmək” məsuliyyətini vurğulayıblar.

 

 Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə fasiləsiz silah tədarükünü təmin edən qanun layihəsini təsdiqləyib. Sənəd Təl-Əviv üçün lazım olan silahların ötürülməsinə qədər Dövlət Departamenti, Pentaqon və Ağ Evin Milli Təhlükəsizlik Şurası üçün büdcə vəsaitlərinin istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutub.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər