00:00:00
Yazar
Güllər Gülhüseynova
24.02.2026 10:01 7 1 dəq oxuma
Dünya

ABŞ, Kanada və Danimarka Arktikada təlimlər keçirir

ABŞ, Kanada və Danimarka Arktikada təlimlər keçirir

ABŞ-nin Silahlı Qüvvələrinin Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) və Şimal Komandanlığı Arktikada Kanada və Danimarka ilə birgə təlimlərin başladığını elan edib.

 

"İnformator.az" xəbər verir ki, müvafiq bəyanat ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının saytında dərc edilib.

 

Qeyd olunur ki, ARCTIC EDGE 2026 səhra təlimi 23 fevral - 13 martda Alyaskadan Qrenlandiyaya qədər müxtəlif yerlərdə keçirilir.

 

Manevrlərdə Danimarka, Kanada, Alyaska Milli Qvardiyası və ABŞ-nin qurumlararası tərəfdaşları, o cümlədən FTB və Sahil Mühafizəsi iştirak edir.

 

Təlimlərin hazırlığı artırmaq, imkanları nümayiş etdirmək və ABŞ ilə Arktika bölgəsindəki tərəfdaşları arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıdığı bildirilir.

 

Tapşırıqlara qanadlı raketlərə qarşı müdafiənin tətbiqi, dronlarla mübarizə, Arktika şəraitində sağ qalma və hərəkət bacarıqlarının tətbiqi daxildir.

#gündəm #azərbaycan #xəbər #kanada #danimarka
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər