00:00:00
Yazar
Admin User
05.12.2025 04:34 107 1 dəq oxuma
Dünya

ABŞ Karib dənizində HDQ-ni daha bir raket esminesi ilə gücləndirib

ABŞ Karib dənizində HDQ-ni daha bir raket esminesi ilə gücləndirib

ABŞ-nin raket esminesi "USS Thomas Hudner" Cənub Komandanlığının (SOUTHCOM) Karib dənizindəki hərbi qüvvələrinə əlavə olunub.

 

"İnformator.az" xəbər verir ki,, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) İnstitutunun informasiya xidməti HDQ-nin nümayəndəsinə istinadən xəbər verib.

 

"USS Thomas Hudner" döyüşə və heyətimiz ölkəmizin bizə verdiyi tapşırığı yerinə yetirməyə hazırdır", - kapitan Devid Kuk bildirib.

 

Gəmi Florida ştatının Meyport şəhərindən yola düşüb. Hazırda Karib dənizində Venesuela yaxınlığında ABŞ-nin heyətində USS Gerald Ford təyyarə gəmisi olan Hərbi Dəniz Qüvvələrinin gəmi qrupu, iki kreyser və beş esmines, habelə göyərtəsində 3 min dəniz piyadası olan üç böyük desant gəmisindən ibarət amfibiya-desant qrupu cəmləşib.

 

Bütün kreyserlər və esmineslər qanadlı "Tomahawk" raketləri ilə təchiz olunub. Təyyarədaşıyan gəmidə 48 ədəd "F/A-18E Super Hornet" qırıcı təyyarəsi var. ABŞ-nin Puerto Rikodakı ərazisindəki aerodromda on ədəd beşinci nəsil F-35B qırıcı təyyarəsi də yerləşdirilib.

 

"The New York Times" qəzetinin məlumatına görə, gəmilər Venesuela sahillərindən 110-160 km məsafədədir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər