00:00:00
Yazar
Admin User
04.12.2025 04:21 105 1 dəq oxuma
Dünya

ABŞ Karib hövzəsində katerə zərbədən sonra törədilən qətllə bağlı məlumatları açıqlayacaq

ABŞ Karib hövzəsində katerə zərbədən sonra törədilən qətllə bağlı məlumatları açıqlayacaq

ABŞ sentyabr ayında Karib hövzəsində katerə zərbədən sağ çıxan insanların amerikalı hərbçilər tərəfindən qəsdən öldürülməsi ilə bağlı mediada yayılmış məlumatlar barədə bütün mövcud materialları dərc edəcək.

 

"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

"Onun (ABŞ hakimiyyətinin – red.) nələrin malik olduğunu bilmirəm, amma biz nə varsa, hamısını açıqlayacağıq, bunda heç bir problem yoxdur", – deyə o vurğulayıb.

 

Tramp bunu jurnalistin ABŞ administrasiyasının həmin qayığa endirilmiş təkrar zərbənin qeydə alındığı videomaterialı dərc etməyə hazır olub-olmadığı barədə sualına cavab olaraq deyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər