ABŞ Karibdə hərbi mövcudluğu artırır
ABŞ Silahlı Qüvvələri növbəti üç il ərzində Karib dənizində əhəmiyyətli sayda qoşun saxlamağı planlaşdırır. Bu addım ekspertlər tərəfindən ABŞ–Venesuela qarşıdurmasının mümkün müharibəyə doğru irəlilədiyinə dair növbəti siqnal kimi qiymətləndirilir.
Müdafiə Nazirliyinin sənədlərinə görə, ABŞ öz bütün qoşun növləri - Sahil Mühafizəsi, Ordu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları üçün ərzaq tədarükünü ciddi şəkildə artırmağı nəzərdə tutur.
Hərbi logistika agentliyi 2025-ci ilin noyabrından 2028-ci ilin noyabrına qədər “Puerto-Riko zonası”nda yerləşən ABŞ qoşunları üçün böyük həcmdə çörək məhsullarının alınmasına dair müqavilə bağlayıb. Siyahıya bal çörəkləri, vanilli kekslər, şirin rulonlar, hamburger çörəkləri və un yarmaları daxildir.
Bununla yanaşı, “Gerald Ford” aviadaşıyıcısının bölgəyə göndərilməsindən sonra ABŞ avqustdan etibarən Karib hövzəsinə ən azı 13 hərbi gəmi, beş yardımçı gəmi və bir nüvə sualtı qayığı yerləşdirib.
