00:00:00
Yazar
Admin User
26.08.2025 18:19 100 1 dəq oxuma
Dünya

ABŞ Kiyevi dəstəkləyən NATO üzrə müttəfiqlərinə silah tədarükünü artıracaq

ABŞ Kiyevi dəstəkləyən NATO üzrə müttəfiqlərinə silah tədarükünü artıracaq

ABŞ administrasiyası Ukraynaya hərbi yardım göstərən NATO üzrə müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir.


"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

 

"Biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik, lakin biz Ukraynada müharibəni və insan ölümlərini dayandırmağa çalışırıq. Biz NATO-ya milyardlarla dollar dəyərində raketlər və hərbi texnika satırıq. Onlar müharibəni tam şəkildə maliyyələşdirirlər. Biz heç nəyi maliyyələşdirmirik", - o, Ağ Evdə keçirilən prezident kabinetinin iclasında bildirib.

 

Tramp bu tədarüklərin davam edəcəyini bildirib.


"Biz bunu etməyə davam edəcəyik. Biz onlara mümkün qədər çox silah ötürməyə çalışırıq. Onlar ABŞ-nin hərbi təyinatlı məhsullarını əldə etmək istəyirlər. Zavodlarımız “Patriot”ların (zenit-raket kompleksi - red.), eləcə də digər müdafiə və hücum silahlarının istehsal həcmlərini 2-3 dəfə artırır", - Tramp vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər