00:00:00
Yazar
Admin User
27.10.2025 17:12 103 3 dəq oxuma
Dünya

ABŞ Kolumbiya prezidentinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Kolumbiya prezidentinə qarşı sanksiyalar tətbiq edib

ABŞ administrasiyası Kolumbiya prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.Bu həftənin əvvəlində Petro "Univision"a müsahibəsində bildirib ki, dünya ya ABŞ prezidenti Donald Trampı dəyişməli, ya da ondan qurtulmalıdır.Bu fikirlərə münasibət bildirən Tramp kolumbiyalı həmkarını "quldur və pis insan" adlandırıb və onu açıqlamalarında diqqətli olmağa, əks halda ABŞ administrasiyasının ciddi addım atacağını bildirib.⁩

 

Bu mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a bildirib ki,Donald Trampın Latın Amerikası ölkələri ilə münasibətlərində müəyyən gərginlikləri müşahidə etməliyik:

 

“Belə ki, Donald Tramp ikinci dəfə hakimiyyətə başladığı dövrdə ANAMA kanalı ilə bağlı ABŞ ın iddialarını irəli sürdü və istədiklərini və bundan başqa Amerika administrasiyası ilə həm Venesiya ilə, həm də Kolumbiya arasında gərginliklər mövcuddur. Donald Tramp bu ölkələri beynəlxalq narkotik ticarətinə dəstək verməkdə və narko kartellərlə işbirliyində ittiham edir və bu səbəbdən bu ölkələrlə münasibətlər kifayət qədər gərgindir. Əlbəttə, bu, yalnız narkotik məsələlərlə bağlı deyil. Doğrudur, Donald Tramp hakimiyyəti dönəmində narkotiklərə qarşı varlığa qarşı ümumiyyətlə, sərt mübarizə aparacağına vəd vermişdi və bu istiqamətdə addımlar atılmaqdadır və şübhəsiz ki, bu, Amerika cəmiyyətinin Amerika dövlətinin maraqlarından irəli gələn bir məsələdir. Amma Kolumbiyada nəzərə alsaq ki, bu dövlətin ərazisində yetişdirilən narkotiklər və onun dünya bazarının, xüsusilə də ABŞ-ə göndərilməsi yeni bir məsələ deyil. Uzun onilliklərdən bəri biz bu fəaliyyəti görməkdəyik. Əlbəttə ki, Amerika Birləşmiş Ştatları bir daha qeyd edilən Güney Amerikada öz mövqelərini möhkəmləndirməyə çalışır. Xüsusilə də son illər bəzi ölkələrlə münasibətlərdə soyuqluq yaranıb. Qeyd etdiyimiz kimi münasibətlərdə gərginlik var. Hətta belə ehtimallar irəli sürülür ki, tərəflər arasında, amma qaçılmaz ola bilər. Doğrudur, Venesuela prezidenti Amerikaya müraciət edərək savaşdan yayınmaq lazım gəldiyini söyləyib. Kolumbiyaya gəldikdə isə bir daha qeyd edirəm, Amerikanın həm bölgədəki maraqlarından doğan məsələdir. İkincisi, doğrudan da narkotiklərlə bağlı məsələ dünyada ciddi bir təhdid halına gəlib və ABŞ prezidenti öz dövlətini və insanlarını bu bəladan qorumağa çalışır.Kolumbiya prezidentinin fikirlərinə gəldikdə, əlbəttə ki, nəzərə alsaq ki, Tramp kimi bir şəxs və xüsusilə də emosional bir tərzə malik olan şəxs bu cür fikirləri kifayət qədər ağrılı qəbul edir və bu cür açıqlamalar tərəflər arasında münasibətləri gərginləşdirir.O ki qaldı ABŞ, son dövrlər Venesuela və Kolubiyanın bağlı mövqelərinə ki, bu, müəyyən qədər Latın Amerikasında Amerika Birləşmiş Ştatlarına qarşı münasibətin mənfiyə doğru dəyişməsinə gətirə bilər. və nəzərə alsaq ki, Latın Amerikasında həm Rusiyanın, həm Çinin maraqları var və onlar bölgə ölkələri ilə işləməyə davam edirlər. Xüsusilə də, bu da Çini də nəzərdə tuturam. Onlar bu bölgədə aşdan boşalıb, zəifləyən nüfuzunun yerini tutmağa çalışırlar. Donald Tramp da bunun fərqindədir.Ona görə Latın Amerikası ilə bağlı siyasətə xüsusi həssas açıqla yanaşır və hesab edir ki, Amerika kütləsi Amerika Birləşmiş Ştatlarının təsir zonasında qalmalıdır”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər