00:00:00
Yazar
Admin User
24.06.2025 18:18 141 1 dəq oxuma
Dünya

ABŞ konqresinin üzvləri Quantanamo həbsxanasının bağlanmasını tələb edir

ABŞ konqresinin üzvləri Quantanamo həbsxanasının bağlanmasını tələb edir

Demokratlar Partiyasının ABŞ Konqresindəki nümayəndəsi Rəşidə Tlaibin başçılığı ilə 15 konqresmen Tramp administrasiyasına məktubla müraciət edərək Quantanamo təcridxanasının həmişəlik bağlanmasını tələb ediblər. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Tlaib məktubun fotosunu Tramp administrasiyasının təxminən 9 min insanı Quantanamoya göndərməyi planlaşdırdığına dair iddiaların ortaya çıxdığı bir vaxtda rəsmi internet səhifəsində yerləşdirib.

 

Məktubda “20 ildən artıqdır ki, Quantanamo ədalətsizlik, işgəncə və islamofobiya yuvasıdır”, “Prezident Trampın sığınacaq axtaran minlərlə mühaciri həbs etmək qərarı qanunsuzdur” kimi ifadələr yer alıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər