00:00:00
Yazar
Admin User
19.11.2025 05:29 111 1 dəq oxuma
Dünya

ABŞ Litva vasitəsilə Ukraynaya ilk təbii qaz partiyasını göndərib

ABŞ Litva vasitəsilə Ukraynaya ilk təbii qaz partiyasını göndərib

 

ABŞ təbii qazının ilk partiyası Litva vasitəsilə Ukraynaya göndərib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı Səfirliyinin Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

 

"Dünən Klaypedaya (Litva şəhəri - red.) ABŞ-nin mayeləşdirilmiş təbii qazının (LNG) bir partiyası çatıb, onun bir hissəsi emal edilərək Ukraynaya göndəriləcək", - paylaşımda bildirilir.

 

Qeyd olunur ki, bu, Litva üzərindən Ukraynaya daxil olan ilk təbii qaz partiyası olacaq.

 

"Klaypedada emal olunan qazın 75 %-dən çoxu ABŞ-dən gəldiyindən, regionda etibarlı enerji təchizatını təmin etmək üçün Litva ilə tərəfdaşlıq edirik", - səfirlik izah edib. Diplomatik qurum əlavə edib ki, Amerika təbii qaz təchizatı ABŞ-nin və onun tərəfdaşlarının milli təhlükəsizliyini gücləndirir.

 



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər