00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
21.08.2026 22:48 20 1 dəq oxuma
Siyasət

ABŞ maliyyə naziri: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır

ABŞ maliyyə naziri: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır

 

İqtisadi təzyiq artsa da, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar gözlənilmir.

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki,Hazırkı şəraitdə Amerika və İran arasında hərbi qarşıdurmanın yenidən baş verməsi real görünmür:

“Bunun bir neçə səbəbi var. İlk növbədə qeyd etmək lazımdır ki, 6 aydan bəri davam edən gərginlik hər iki tərəfin müəyyən resurslarının tükənməsinə gətirib çıxarıb. Müəyyən mənada bu eskalasiya tərəflərdə yorğunluq da yaradıb.


ABŞ üçün bu məsələ xüsusilə həssasdır. Çünki İranla müharibə neft qiymətlərinin artmasına səbəb ola bilər və bu da hazırkı şəraitdə Amerikanın maraqlarına uyğun deyil. Belə ki, noyabr ayında ABŞ-də Konqresə aralıq seçkiləri keçiriləcək və Donald Tramp bu seçkilərdə partiyasının məğlubiyyətini istəmir. Bu baxımdan hərbi eskalasiyanın artması onun marağında deyil”.


Oqtay Qasımovun sözlərinə görə,Donald Tramp İrana qarşı yeni, daha sərt və genişmiqyaslı sanksiyaların tətbiq olunacağını bildirib. 


Eyni zamanda, Hörmüz boğazında İrana qarşı iqtisadi blokada həyata keçirilir. Bu, əslində, İranı zəiflətmək üçün daha uzunmüddətli hazırlıq mərhələsi hesab oluna bilər.Hərbi eskalasiya əvəzinə məhz iqtisadi təzyiq və blokada Amerikanın daha çox işinə yarayır. Hesab edirəm ki, yaxın perspektivdə hərbi eskalasiyanın baş verməsi real görünmür.


Nurgün Qənizadə

#genişmiqyaslı #gündəm #azdır #hərbi #başlaması
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər