00:00:00
Yazar
Güllər Gülhüseynova
23.04.2026 09:21 12 1 dəq oxuma
Dünya

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ mövcud məhdudiyyətləri saxlayaraq və yenilərini hazırlayaraq, Rusiyaya qarşı sanksiya təzyiqlərini sərtləşdirməyə davam edir.

 

"İnformator.az" xəbər verir ki, ABŞ-nin maliyyə nazirinin köməkçisi Conatan Berk bunu Nümayəndələr Palatasının Maliyyə Komitəsinin dinləmələrində bildirib.

 

"Biz sanksiyalarımızın tətbiqinə davam edirik. Onların tətbiqi üçün yeni üsullar müəyyənləşdirməyə davam edirik", - rəsmi deyib.

 

C.Berk əlavə edib ki, ABŞ beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edir və sanksiya rejimindəki boşluqlar barədə onlarla məlumatları operativ şəkildə paylaşır. Onun sözlərinə görə, bu, Rusiyanın maliyyə fəaliyyətini məhdudlaşdırmaq üçün görülən tədbirlərin mümkün qədər effektivliyini təmin etmək üçün olunur.

#baki #xəbər #yeni #maliyyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər