00:00:00
Yazar
Admin User
19.10.2025 19:37 119 1 dəq oxuma
Dünya

ABŞ narkotik daşıyan daha bir gəmini məhv edib

ABŞ narkotik daşıyan daha bir gəmini məhv edib

ABŞ qüvvələri beynəlxalq sularda kolumbiyalı üsyançı qrup “Milli Azadlıq Ordusu”nun narkotik maddələrin daşınması üçün istifadə edilən gəmini məhv edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset deyib.

 

O bildirib ki, oktyabrın 17-də ABŞ hərbçiləri prezident Donald Trampın göstərişi ilə ELN ilə əlaqəli kiçik gəmiyə zərbələr endiriblər.

 

Pentaqonun rəhbərinin sözlərinə görə, ABŞ gəminin əhəmiyyətli narkotik yükünün qanunsuz daşınması üçün istifadə edildiyini göstərən kəşfiyyat məlumatı alıb.

 

Əməliyyat zamanı gəmidə 3 narkoterrorçu olub, onların hamısı öldürülüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər