00:00:00
Yazar
Admin User
24.10.2025 04:50 143 1 dəq oxuma
Dünya

ABŞ narkotik kartellərinə müharibə elan edib

ABŞ narkotik kartellərinə müharibə elan edib

ABŞ Prezidenti Donald Tramp ölkənin artıq narkotik kartelləri ilə müharibədə olduğunu etiraf edib. Onun sözlərinə görə, ki, bu kartellər əvvəlki administrasiya dövründə ölkənin daxili işlərinə müdaxilə ediblər.

 

"İnformator.az" xəbər verir ki, o, bu açıqlamanı ABŞ-nin narkotik kartellərinə qarşı əməliyyatının aralıq nəticələrini müzakirə edən tədbirdə verib.

 

"Biz narkotik kartelləri ilə müharibə aparırıq", - Tramp deyib.

 

ABŞ lideri sələfi Cozef Baydeni vəziyyəti böhrana doğru aparmaqda təqsirləndirib. "Bunun baş verməsinə icazə verdiyiniz üçün çox sağ olun, Co Bayden", - Tramp vurğulayıb.

 

ABŞ sentyabrın əvvəlindən ölkə kəşfiyyatının narkotik daşıdığı barədə məlumat əldə etdiyi gəmiləri hədəf seçir. Oktyabrın 11-də Pentaqon Trampın göstərişi ilə Latın Amerikasında kartellərlə mübarizə aparmaq üçün xüsusi bölmənin yaradıldığını elan edib.

 

Dövlət katibi Marko Rubio daha əvvəl Vaşinqtonun heç bir Latın Amerikası ölkəsinə qarşı deyil, yalnız narkotik kartellərinə qarşı güc tətbiq edəcəyini bildirib. Bundan əlavə ABŞ mediası Pentaqonun Venesuela daxilindəki hədəflərə hücuma hazırlaşdığını bildirib. Venesuela Prezidenti Nikolas Maduro hesab edir ki, amerikalılar Venesuelada oyuncaq rejim qurmaq üçün müharibəyə başlamaq istəyirlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər