00:00:00
Yazar
Admin User
05.12.2025 13:48 236 3 dəq oxuma
Siyasət

ABŞ NATO-nun daimi genişlənməsinin əleyhinədir

ABŞ NATO-nun daimi genişlənməsinin əleyhinədir

 

ABŞ Avropada NATO-nun fəaliyyət və funksionallıq prinsipini dəyişdirməyə çalışır. Sənəddə alyansın Avropa qitəsində sabitliyi bərpa etməsi və Rusiya ilə münasibətlərdə strateji sabitliyi təmin etməli olduğu nəzərdə tutulur.Bildirilib ki, ABŞ ən gec bir neçə onillikdən sonra NATO-ya üzv bəzi dövlətlərin əhalisinin əksəriyyətinin qeyri-avropalı olacağını gözləyir.

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Avropanın müdafiə qabiliyyətlərini artırmaqdakı irəliləyişdən məmnun deyillər:

 

"ABŞ və Avropa arasındakı mövcud ziddiyyətlər dərinləşir. Əslində bu ziddiyyətlər Trampın ABŞ-ni Prezidenti seçilməsindən sonra daha da dərinləşməyə doğru inkişaf edir. Ukrayna və Rusiya arasındakı müharibənin taleyi də əslində bu problemdən asılıdır. Ziddiyyətlər səbəbi ilə Ukraynaya kifayət qədər siyasi, hərbi dəstəyin verilməməsi ABŞ-nin Avropa İttifaqına rəqib kimi yanaşması ilə bağlıdır. Ən azı Qərbdə özündən başqa ikinci güc istəməyən Tramp hazırda Avropa əleyhinə addımlar atmağı düşünür ki, bu da Ukraynanın tənəzzülünü sürətləndirir və Rusiyaya qol-qanad verir. ABŞ-nin lideri Avropadan əldə edəcəyini Rusiyadan qazanacağını zənn edir və ona görə də rəsmi Moskvaya qarşı loyal münasibət sərgiləyir. Hazırda ABŞ Avropanı bəzi NATO müdafiə koordinasiya mexanizmlərində iştirakını dayandırmaqla da hədələməsi ən böyük zərbəni Ukrayna cəbhəsində Avropaya vurur. Əgər 2027-ci ilə qədər müttəfiqlər alyansın müdafiə xərclərinin böyük hissəsini öz üzərinə götürməsələr müvafiq addımlar atacağını bəyan edir. ABŞ-nin mesajı Vaşinqtonda NATO-ya nəzarət edən Pentaqon rəsmilərinin görüşü zamanı avropalı diplomatlara da çatdırılıb. Bununla əlaqədar olaraq Pentaqon nümayəndələri bildiriblər ki, hələ də Avropanın müdafiə qabiliyyətlərini artırmaqdakı irəliləyişdən məmnun deyillər. Ancaq Pentaqonun bu mövqeyini  Avropa qəbul edə bilməz. Avropa müttəfiqləri 2027-ci il son tarixinə əməl etməsələr, ABŞ alyansın bəzi müdafiə koordinasiya mexanizmlərində iştirakını dayandıra bilər. Bu son tarix bəzi Avropa rəsmilərinə qeyri-real görünsə də ABŞ-ni qeyd edilən qərarı təsdiqləməkdə qərarlı görünür".

 

Ekspertin sözlərinə görə, ABŞ-nin öz xərclərini azaldaraq əsas yükü Avropanın üzərinə qoymaq istəməsi birmənalı qəbul edilə bilməz:

 

"ABŞ-nin 2027-ci ilədək NATO öhdəliklərinin əksəriyyətini Avropaya ötürmək istəyi Avropa və ABŞ münasibətlərində balansı öz xeyrinə əhəmiyyətli dərəcədə dəyişmək cəhdidir. ABŞ Avropanın 2027-ci ilədək kəşfiyyat və raket sistemləri də daxil olmaqla NATO-nun müdafiə öhdəliklərinin əksəriyyətini öz üzərinə götürməsini bir növ tələb edir ki, bu da Avropa və ABŞ münasibətlərini gərginlik həddinə çatdırır. ABŞ-nin öz xərclərini azaldaraq əsas yükü Avropanın üzərinə qoymaq istəməsi birmənalı qəbul edilə bilməz. Bu məqamda Avropa və ABŞ-nin arasında ziddiyətlərin dərinləşəcəyi proqnozlaşdırılır. Amma məlumdur ki, iyun ayında Haaqada keçirilən sammitdə NATO liderləri ABŞ-nin təşəbbüsü ilə müdafiə xərclərini ümumdaxili məhsullarının beş faizinə çatdırmaq barədə razılığa gəliblər. Bu tələb hərbi ehtiyaclar üçün 3,5 faiz, ikili təyinatlı infrastruktur layihələri üçün isə 1,5 faiz artımı ehtiva edir. Hazırda isə ABŞ-nin belə bir mövqedən çıxış etməsi NATO ilə Rusiya arasında qarşıdurmasının azalmasına xidmət etməsi anlamına gəlmir. Bu, bir qədər də Rusiya ilə ABŞ-nin münasibətlərinin nəticəsindən doğan tələbə bənzəyir".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər