00:00:00
Yazar
Admin User
06.01.2026 13:22 161 2 dəq oxuma
Siyasət

ABŞ neft şirkətlərindən Venesuelaya böyük investisiyalar qoymağı tələb edir

ABŞ neft şirkətlərindən Venesuelaya böyük investisiyalar qoymağı tələb edir

 

ABŞ administrasiyası neft şirkətlərini xəbərdar edib ki, onlar yalnız bu ölkənin neft sənayesinə əhəmiyyətli investisiyalar qoyduqları təqdirdə Venesuela sayəsində kompensasiya alacaqlar.


Mövzu ilə bağlı olaraq iqtisadçı Günay Hüseynova “İnformator.az” a açıqlamasında bildirib ki,ABŞ-nin Venesuela siyasəti sanksiyadan çox, Çin və Rusiyanın təsirini azaltmaq və enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır:

 

“Məsələnin gizli iqtisadi tərəfini diqqətə çatdırmaq istəyirəm. Venesuelada baş verən hadisələr təkcə iqtisadi sanksiyalardan ibarət deyil. Əsas səbəb siyasi xarakter daşıyır, daha dəqiq desək, bu proses Çin və Rusiya ilə əlaqələrlə bağlıdır. Məlumdur ki, kredit və maliyyə qarşılığında Çinlə neft sahəsində, avadanlıq və texnoloji baxımdan isə Rusiya ilə iqtisadi və ticarət əlaqələri mövcuddur. Çin və Rusiyaya müxtəlif zamanlarda ABŞ-nin tətbiq etdiyi sanksiyalar və iqtisadi şoklar əvvəldən məlum idi. Digər bir səbəb isə enerji təhlükəsizliyi məsələləri ilə əlaqədardır. İranla yaşanan qarşıdurmalar da məhz bu məsələlər fonunda baş verir.
Venesuela neft sənayesinə investorların cəlb olunması uzunmüddətli iqtisadi perspektiv və nəhəng investorlar üçün nəzərdə tutulub. Başqa sözlə, kəmiyyət deyil, keyfiyyət amili ön plandadır. Təsirlərə gəldikdə isə, bunu orta və uzun müddətdə mövcud situasiyaya uyğun olaraq müşahidə edəcəyik. Kompensasiya şərti ilə iqtisadi və siyasi məqsədlərdə əsas hədəf Venesuela bazarında Rusiya və Çini sıradan çıxarmaq və yaranacaq boşluğu korporativ kapitalla əvəzləməkdən ibarətdir. İqtisadi tərəfi isə enerji təhlükəsizliyi məsələləri üzrə dayanıqlığın təmin edilməsidir. Qərarın neft bazarına və qiymətlərinə mümkün təsiri isə belədir: Venesuela nefti ağır neftdir və ABŞ-nin bu neftə tələbatı yüksəkdir. Lakin investorların cəlb olunması, həmçinin OPEC-in neft qiymətləri ilə bağlı hazırda hər hansı konkret qərarının olmaması fonunda stabil tariflərin hökm sürəcəyini düşünmək olar. Bunun fonunda Venesuela iqtisadiyyatında vəziyyət ürəkaçan deyildi. Dövlət büdcəsinin təxminən 90 faizi neft gəlirlərinə əsaslanırdı. Neft sektorunda ABŞ-nin texnologiyasına ehtiyac var idi və sosial qeyri-bərabərlik mövcud idi. ABŞ-nin bu qərarı daha çox neft hasilatı, valyuta axını və iqtisadi bərpa ilə əlaqələndirilə bilər. Risklərə gəldikdə isə, PDVSA-nın (Venesuela Dövlət Neft Şirkəti) ABŞ-dən asılılığının artması ehtimalı hökm sürür”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər