ABŞ-nin bu qərarı hər an dəyişə bilər
ABŞ "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etməyə bilər. Tusk vurğulayıb ki, Varşavanın "ən vacib müttəfiqləri" son vaxtlar onları bununla təəccübləndirməkdən zövq alırlar."Bu böyük sanksiyalar böyük siqnaldır, amma onların mütləq baş verəcəyini deməkdə tərəddüd edərdim. Nədən danışdığımızı bilirsiniz. Orada qərarlar bir həftə və ya daha az müddətdə dəyişir", - baş nazir bildirib.
Bu mövzu ilə əlaqədar politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Polşanın baş naziri Donald Tuskun Trampın Rosneft Luko ilə tətbiq etdiyi sanksiyalarla bağlı fikir maraqlı fikirdir:
“Əslində böyük ölçüdə həqiqəti əks etdirir. Çünki Donald Trampın biz fəaliyyətinə diqqət yetirdiyimiz də, zaman zaman onun fikrini, mövqeyini və qərarlarını ani olaraq dəyişə bilmə qabiliyyətini də görməkdəyik və bu sanksiyalar Rusiya üçün ciddi siqnal olsa da, amma onların işləməsi ilə bağlı, yaxud davam etməsi ilə bağlı müəyyən tərəddüdlər var və bu tərəddüdlər də anlaşılandır. Çünki bu bir daha qeyd edilən ABŞ administrasiyasının Rusiya ilə münasibətlərdə tez-tez və dəyişkən bir xarakterə malik olması ilə bağlıdır. Ən son hadisə Amerika Birləşmiş Don Tomaqaf raketlərin verilməsi ilə bağlı məsələ idi. Bu məsələdə ABŞ artıq qərar vermiş kimi görünsə də, son anda Vladimir Putinlə danışan Donald Tramp öz fikrindən vaz keçib və bu raketlərin tədarükü dayandırılıb. İndi də Avropada belə bir fikir formalaşıb ki, Donald Tramp məhz mövqeyini tez- tez dəyişə bilir deyən onun Rusiyaya qarşı bu sərt mövqeyi də hansısa bir məqamda yenidən yumşalda bilər və dəyişə bilər. O ki qalıb Trampın bu cür davranışları və onun beynəlxalq siyasətə təsiri əlbəttə ki, bu, Amerika Birləşmiş Ştatları dünyanın əsas gücüdür və məhz bu dövlətin aldığı qərarlar beynəlxalq vəziyyətə kifayət qədər ciddi təsir edir. Bu baxımdan belə qərara gəlinir ki, dəyişən qərarlar dünyada qeyri-müəyyənliyi də artırır və bu da əslində həm də gərginlik səbəblərindən biridir”.
Cavahir Əsgərbəyli