00:00:00
Yazar
Admin User
24.06.2025 15:30 91 1 dəq oxuma
Dünya

ABŞ-nin cari kəsiri ilin ilk rübündə 44,3 faiz artıb

ABŞ-nin cari kəsiri ilin ilk rübündə 44,3 faiz artıb

 

ABŞ-də cari əməliyyatlar kəsiri ilin ilk rübündə 44,3 faiz artaraq 450,2 milyard dollara yüksəlib.ABŞ Ticarət Nazirliyi yanvar-mart dövrünə aid cari əməliyyatlar balansı məlumatlarını açıqlayıb.

 

Buna görə, ölkənin cari əməliyyatlar kəsiri bu ilin ilk rübündə əvvəlki rüblə müqayisədə 44,3% artaraq 450,2 milyard dollara çatıb.
Bu dövrdə bazar gözləntiləri cari kəsirin 448 milyard dollar olması yönündə idi.

ABŞ-da keçən ilin son rübünə aid cari kəsir məlumatı isə 303,9 milyard dollardan 312 milyard dollara yenilənib.

Ölkənin cari kəsirinin ÜDM-ə nisbəti isə ilin ilk rübündə 6% olaraq hesablanıb. Bu göstərici keçən ilin son rübündə 4,2%
səviyyəsində idi.

Cari əməliyyatlar kəsirində bu dövrdə yaşanan artımda əsasən mal ticarətindəki kəsirin böyüməsi təsirli olub.

Trt xəbər
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər