00:00:00
Yazar
Admin User
04.03.2025 14:34 156 1 dəq oxuma
Dünya

ABŞ-nin Çin, Kanada və Meksikaya tətbiq etdiyi rüsumlar qlobal ticarət müharibəsinə qapı açdı

ABŞ-nin Çin, Kanada və Meksikaya tətbiq etdiyi rüsumlar qlobal ticarət müharibəsinə qapı açdı

 

ABŞ Prezidenti Donald Trampın ölkəsinin üç ən mühüm ticarət tərəfdaşı olan Çin, Kanada və Meksikaya tətbiq etdiyi gömrük rüsumları qlobal ticarət müharibəsinin qapısını açıb.

 

ABŞ iki qonşu ölkədən gələn mallara 25 faizlik yeni idxal rüsumları tətbiq etməyə başlayıb. Çin mallarına tətbiq edilən mövcud gömrük rüsumları da 2 dəfə 10 faizdən 20 faizə qaldırılıb.
Tətbiqdən təsirlənən üç ölkə qisasla cavab verəcəklərini açıqlasa da, ABŞ mallarına yeni tariflər açıqlanmağa başladı. Yeni tədbirlər və əks tədbirlər hər il təxminən 2,2 trilyon dollar dəyərində ticarət mallarına təsir göstərir.
Qlobal ticarətdə ABŞ-yə qarşı ədalətsiz davranıldığını düşünən və bir çox ölkənin ABŞ mallarına daha yüksək gömrük rüsumları tətbiq etdiyini müdafiə edən Trampın son addımı maliyyə bazarlarında mənfi qarşılanarkən, ABŞ-nin səhmlərinin qiymətləri dünya səviyyəsində azalmağa başlayıb. ABŞ-də S&P 500 indeksi ötən gecə 1,75 faiz, texnologiya baxımından ağır olan Nasdaq isə 2,64 faiz ucuzlaşıb. Meksika pesosu və Kanada dolları da ABŞ dolları qarşısında dəyər itirib. Tramp öz hərəkətlərini narkotik siyasəti ilə əsaslandıraraq, hər üç ölkənin ölümcül fentanil opioid və prekursor kimyəvi maddələrin ABŞ-yə axınını dayandırmaq üçün kifayət qədər iş görmədiyini iddia edib.

 

Mənbə: TRT Haber

Kəmalə Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər