00:00:00
Yazar
Admin User
24.10.2025 15:41 156 2 dəq oxuma
Siyasət

ABŞ-nin etdiyi qeyri-dost hərəkətdir

ABŞ-nin etdiyi qeyri-dost hərəkətdir

“Amerika sanksiyalarını ABŞ ilə ikitərəfli münasibətləri gücləndirməyən qeyri-dost addım kimi qiymətləndiririk”- Rusiya Prezidenti Vladimir Putin deyib.

 

"Əgər siyasi aspektdən danışsaq, təbii ki, bu, Rusiyaya qarşı qeyri-dost hərəkətdir. Bu, aydın məsələdir və təzəcə bərpa olunmağa başlayan Rusiya-Amerika münasibətlərini gücləndirmir”,- deyə o bildirib.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və Rusiya arasındakı münasibətlər artıq qarşıdurma mərhələsinə yaxınlaşır:

 

“Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı sanksiyaları gücləndirməsi və buna da Prezident Putinin reaksiya verməsi onu göstərir ki, bu iki nəhəng dövlət arasındakı münasibətlər artıq qarşıdurma mərhələsinə yaxınlaşır. Əslində, bu qarşıdurma mərhələsi çoxdan başlamalı idi. Sadəcə Prezident Donald Tramp Rusiyaya və Prezident Putinə maksimum səviyyədə təmkinli, səbrli yanaşıb. Rusiya dəfələrlə ABŞ-ni yanlış istiqamətlərə yönəldib. Ancaq bütün anlaşmaları Rusiyanın pozmasına baxmayaraq Ağ Ev yenə də Rusiya ilə siyasi, diplomatik dialoqa meylli olduğunu büruzə verib. Ancaq belə anlaşılır ki, Rusiyanın davranışları son vaxtlar artıq ABŞ-nin siyasi dairələrinin, xüsusilə də Tramp administrasiyasının səbrini tükəndirməyə başlayıb. ABŞ-nin beynəlxalq nüfuzunu, eləcə də Trampın imicini qorumaq üçün Ağ Ev Rusiyaya qarşı artıq müəyyən sərt addımlar atmağa başlayıb. Böyük ehtimalla, əgər belə davam edərsə, Rusiya bütün anlaşmalardan yayınmağa çalışarsa, sülh masasına oturmaqdan imtina edərsə, ən əsası isə icra olunması qeyri-real olan şərtlər irəli sürməkdə davam edərsə, böyük ehtimalla ABŞ və Rusiya arasındakı münasibətlər daha da gərginləşə bilər. Bu halda isə ABŞ-nin Rusiya üçün ağır nəticələr verə biləcək daha radikal qərarlar qəbul edəcəyi qətiyyən istisna deyil”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər