00:00:00
Yazar
Admin User
12.10.2025 10:09 100 1 dəq oxuma
Dünya

ABŞ-nin Kiyevə kəşfiyyat yardımı...

ABŞ-nin Kiyevə kəşfiyyat yardımı...

 

Əgər ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın enerji obyektlərinə zərbələr endirməkdə yardım göstərməsi ilə bağlı məlumatlar təsdiqlənərsə, ölkənin hava hücumundan müdafiə sistemləri gücləndirilməlidir.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının müdafiə komitəsi sədrinin müavini Yuri Şvıtkin deyib.


“Bu bəyanatı heç bir halda kiçiltmək olmaz. Görünür, bunun müəyyən əsası var - ya kəşfiyyat məlumatları ilə, ya da bəzi raket komplekslərində ekipaj kimi ABŞ hərbçiləri iştirak edir”, – Şvıtkin qeyd edib.

 

Qeyd edək ki, “Faynənşl Tayms” nəşri ABŞ-ın artıq bir neçə aydır Ukraynaya Rusiyanın enerji infrastrukturuna, o cümlədən cəbhədən uzaqda yerləşən neft emalı zavodlarına zərbələr endirməkdə kəşfiyyat məlumatları ilə dəstək verdiyi barədə məlumat yayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər