00:00:00
Yazar
Admin User
19.11.2025 11:56 106 2 dəq oxuma
Siyasət

ABŞ-nin Mərkəzi Asiya siyasəti

ABŞ-nin Mərkəzi Asiya siyasəti

ABŞ-nin Mərkəzi Asiya respublikalarına maraq göstərməsi, ilk növbədə, Prezident Donald Trampın ölkəsinin iqtisadi maraqlarını daha geniş və praqmatik formada təmin etmək niyyətindən irəli gəlir. Yeni texnologiyaların inkişafı və istehsalı üçün nadir minerallar əhəmiyyətli rol oynayır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynada məruz qaldığı hərbi-siyasi uğursuzluq qlobal güc balansın köklü şəkildə dəyişib:

 

“Sovet İttifaqının dağılmasından sonra Rusiyanın təsir dairəsi kimi qəbul edilən Cənubi Qafqaz və Mərkəzi Asiyanın beynəlxalq münasibətlərdə rolu artıb. Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirini itirməsi ABŞ-nin bu bölgələrə fəal daxil olmasına yol açıb. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri təhlükəsizlik, iqtisadi inkişaf üçün güclü tərəfdaşa ehtiyac duyurlar. Sərmayə, texnologiya və bazarlara asan çıxış olmadan iqtisadi inkişaf mümkün deyil. Azərbaycanın neft sənayesinin inkişafı bunun bariz nümunəsidir”.

 

Həmçinin şərhçi qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Bakı-Ceyhan neft kəməri və TANAP kimi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışını sürətləndirməklə yanaşı, ABŞ-nin bu bölgələrlə daha aydından əlaqə qurmasına imkan verəcək:

 

“ABŞ Mərkəzi Asiyada təhlükəsizlik və iqtisadi sahədə bölgə dövlətlərinə dəstək verməklə öz mövqeyini gücləndirəcək. İndi hər kəs başa düşür ki, ən güclü təhlükəsizlik təminatı ABŞ ilə bu sahədə əməkdaşlıq nəticəsində qazanıla bilər. Mərkəzi Asiyanın isə Əfqanıstan, Pakistan kimi ölkələrdən gələn radikal islamçı cəryanlara qarşı effektli mübarizə aparmaq üçün ABŞ kimi ölkə ilə təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyacı var. Digər tərəfdən iqtisadi inkişaf üçün Mərkəzi Asiya ölkələrinin ABŞ-nin sərmayəsinə və dünya bazarlarına sərbəst çıxış Vaşinqtonun dəstəyinə ehtiyacı var. Bu elə bir əməkdaşlıq formatıdır ki, tərəflərin hamısının maraqlarına uyğundur”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər