00:00:00
Yazar
Admin User
07.11.2025 18:28 142 1 dəq oxuma
Siyasət

ABŞ-nin Orta Asiyaya artan marağı

ABŞ-nin Orta Asiyaya artan marağı

ABŞ son aylarda Orta Asiya regionuna marağını artıraraq, enerji resursları və strateji minerallar sahəsində yeni diplomatik addımlar atır. Vaşinqtonun bu istiqamətdə aktivləşməsi həm iqtisadi, həm də geosiyasi səbəblərlə izah olunur.

 

Mövzu ilə bağlı politoloq Elman Vəliyev “İnformator.az”a bildirib ki, ABŞ Prezidenti Donald Trampın xarici siyasət kursu Orta Asiya istiqamətində yeni mərhələyə keçid yaradır:

 

“Mərkəzi Asiya bu gün ABŞ və Çin arasında geosiyasi rəqabətin əsas meydanlarından birinə çevrilib. Çin regionda iqtisadi təsirini ‘Bir Kəmər, Bir Yol’ təşəbbüsü vasitəsilə genişləndirir, ABŞ isə bu nüfuzu balanslaşdırmaq üçün enerji və strateji mineral layihələrinə üstünlük verir. Vaşinqtonun məqsədi yalnız enerji resurslarına çıxış əldə etmək deyil, həm də Çinin və Rusiyanın regional təsirini məhdudlaşdırmaqdır. ABŞ Çinlə iqtisadi mübarizə aparmaqla onun texnoloji və xammal üstünlüyünü zəiflətməyə çalışır. Bu prosesdə isə Mərkəzi Asiya ölkələri mühüm rol oynayır. Lakin iki nəhəng güc arasındakı rəqabət nəticəsində ən çox təzyiqə məruz qalacaq məhz region ölkələri olacaq. Mərkəzi Asiya dövlətləri bu mürəkkəb vəziyyətdə balanslı siyasət aparmağa, həm ABŞ, həm də Çin və Rusiya ilə münasibətlərdə öz milli maraqlarını qorumağa çalışırlar.
Hazırda Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələr çoxvektorlu diplomatiya kursu seçərək, həm iqtisadi fayda əldə etməyə, həm də geosiyasi sabitliyi saxlamağa çalışırlar”.

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər