00:00:00
Yazar
Admin User
22.11.2025 13:17 102 1 dəq oxuma
Dünya

ABŞ-nin planı zorla Ukraynaya qəbul etdirilə bilməz

ABŞ-nin planı zorla Ukraynaya qəbul etdirilə bilməz

“Hansısa sülh planı zorla Ukraynaya qəbul etdirilə bilməz”.

 

"İnformator.az" xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrotski ABŞ-nin Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyaya ciddi güzəştləri əhatə edən sülh planı təqdim etməsi barədə danışarkən deyib.

 

Polşa lideri vurğulayıb ki, istənilən danışıqlarda əsas qərarverici səs məhz Kiyevə aid olmalıdır:

 

“Ukrayna məhz Putinin cinayətkar hərbi təcavüzünün qurbanı olub. Ukraynalılar sülh danışıqlarında əsas söz sahibi olmalıdır”.


Karol Navrotski əlavə edib ki, sülh aqressorun strateji məqsədlərinin həyata keçirilməsi ilə əldə edilə bilməz: “Aqressor isə Rusiyadır, hələ də elə qalır”.


ABŞ vasitəsilə hazırlanmış 28 maddəli plan Ukraynanın ərazi güzəştləri ilə razılaşması, hərbi imkanlarını məhdudlaşdırması və NATO-ya üzvlük səylərindən imtina etməsini nəzərdə tutur. Sənəd Rusiyanı qane etməyə biləcək bəzi maddələr də ehtiva edir, məsələn, ondan işğal olunmuş ərazilərin bir qismini tərk etməsi tələb olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər