00:00:00
Yazar
Admin User
25.09.2025 19:27 260 2 dəq oxuma
Siyasət

“ABŞ-nin Rusiyaya təzyiqi və Ukraynaya dəstəyi qənaətbəxş deyil”

“ABŞ-nin Rusiyaya təzyiqi və Ukraynaya dəstəyi qənaətbəxş deyil”

“Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək hələ tezdir”.

 

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi brifinqdə deyib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Ukraynaya münasibətində dəyişiklik hələ gözlənilmir:

 

“Prezident Tramp bu məsələdə əsasən Avropadan daha çox şey gözləyir. Təbii ki, ABŞ-nin Rusiyaya təzyiqi və Ukraynaya dəstəyi qənaətbəxş deyil, müəyyən tərəddüdlər və gözləntilər var. Beynəlxalq aləmin Rusiyanı sülhə məcbur etmə prosesində Avropanın diplomatik rolu əhəmiyyətlidir. Lakin ABŞ-nin burada ciddi və daha təsirli yol almaması məsələləri açıq saxlayır. Görünür müharibəni uzatmaq və yorucu savaşla Rusiyanın iqtisadiyyatını çökürtmək istəyirlər. Donald Trampın Çin mallarına yüksək vergi qoymaqla bağlı Avropaya şərt qoyması da buna nümunədir. Sanksiyalar tətbiq etməkdən əvvəl öz maraqlarını irəli sürən ABŞ-nin bu şərti birmənalı qarşılanmayıb. Habelə Avropa hesab edib ki, Vaşinqton onların Çinlə münasibətlərinə xələl gətirərək özündən asılı vəziyyətə salmaq istəyir. Fələstini tanımaqla bağlı da bəzi Avropa ölkələri ilə ABŞ-nin arasında fikir müxtəlifliyi dərinləşir. ABŞ-nin mövcud mövqeyinin Ukraynanın müdafiə qabiliyyətinə əhəmiyyətli təsir edəcəyi inandırıcı deyil. Əksinə bu hal Avropa İttifaqının Ukraynaya daha ciddi dəstək verməsi üçün təhlükə siqnalıdır. Avropa İttifaqı ölkələrinin Rusiya qarşısında məğlub görünməsi ikincinin daha da irəliləməsinə vəsilə ola bilər. Odur ki, hər vəchlə Avropa öz dəstəyini davam edəcək. Rusiya ilə aparılan danışıqlarda Trampın bəyanatı neytral görünmək və sülhə meyllilik görüntüsü yarada bilər. Təbii ki, Donald Trampın Rusiya ilə münasibətləri gərginləşdirmək niyyəti hiss olunmur. Bu baxımdan məlum bəyanatın danışıqlar qapısının bağlanmaması üçün rolu böyükdür”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər