ABŞ-nin sülh planı ilə bağlı son qərarı... - Vadeful
Sülh planı ilə bağlı qərarı Ukrayna və Rusiya verəcək. Biz burada hakim deyilik, lakin Ukraynanın vəkiliyik. Çünki Ukrayna həm öz azadlığını, həm də Avropanın azadlığını müdafiə edir.
"İnformator.az" xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohan Vadeful ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı 28 bəndlik sülh planını şərh edərkən deyib.